29 may 2011 16:10

Dmitri Kruqlov: Nəticə yoxdusa, nə qiymət?

Son mövsümü demək olar ki, boşa verən, nə kubokda, nə çempionatda uğur qazana bilən “İnter”in müdafiəçisi Dmitri Kruqlov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yəqin ki, “İnter”in tarixində 4-cü dəfə kubokun finalında məğlub olması sizin də əhvalınızı korlayıb...
- Əlbəttə ki, bu, belədi. Məğlubiyyət həmişə üzücüdü. Biz çox istəyirdik ki, qələbə qazanaq. Çünki belə olan halda biz kubokla yanaşı həm də avrokuboklara vəsiqə qazanmış olacaqdıq. Amma alınmadı. Təəssüf ki, uğur bizdən üz döndərdi.
 
- Oyunun özü ilə bağlı nə deyə bilərsiz?
- Hər iki komanda bərabər səviyyəli bir oyun sərgilədi. İlk əlavə vaxtın startındaca qol buraxsaq da, tezliklə buna cavab verə bildik. Oyunun taleyini isə lotereya həll etdi.
 
- Ola bilər ki, sizin belə çıxışınıza məhz qışda çıxış etdiyiniz “Birlik Kuboku” təsir göstərsin? Axı bir qayda olaraq həmişə bu turniri qazanan klublarımız eyni aqibəti yaşayırlar...
- Qrafik onsuz da bütün klublar üçün ağır idi. Ola bilsin ki, bu, kimlərinsə oyununa çox, kimlərinsə çıxışına az təsir göstərdi. Lakin bu, heç bir məna kəsb etmir. Mən deməzdim ki, uğursuzluğumuzda əsas səbəb məhz budu.
 
- Bütövlükdə mövsümü necə qiymətləndirirsiz?
- Burda nəyi qiymətləndirmək olar ki? Əlbəttə ki, nəticə ürəkaçan deyil. Düzdü, “Birlik Kuboku”nu qazandıq. Amma milli çempionatda mükafatsız qaldıq, kuboku əldən verdik, avrokuboklara vəsiqə qazana bilmədik.
 
- Bəs öz oyununuzdan nə dərəcədə razısız?
- Digər komanda yoldaşlarım kimi mən də öz oyunumdan razı qala bilmərəm. Əgər nəticə yoxdusa, heç kim öz oyununu tərifləyə bilməz. Əsas nəticədi.
 
- Sizcə, komandanın uğursuzluğunda məhz hücum xəttindəki dişsizlik əsas rol oynamadı ki?
- Bilirsiz ki, mən kimisə qiymətləndirməyi xoşlamıram. Bu, mənim tərəfimdən heç də düzgün addım olmazdı. Axı mən də bu komandanın oyunçusuyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.