29 may 2011 11:53

Son mövsüm Şahin Diniyevin gözündə

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində son mövsümü dəyərləndirib, eləcə də avrokuboklarda çıxış edəcək klublarımızın şanslarını dəyərləndirib.
 
- Ötən mövsümü necə dəyərləndirərdiz?
- Nəticələr məni təəccübləndirmədi. Hər komanda layiq olduğu yerdədi. Qaliblər mövsümün əvvəlindən sabit oyun sərgiləməkdədi. Onların heyətindəki legionerlər də digərlərindən daha yaxşı oynayırdı. Məsələn, hesab edirəm ki, AZAL layiqli şəkildə avrokuboklara düşdü. Nazim Süleymanovun komandası mövsümün əvvəlindən əla oyun sərgiləyirdi. Onlar hətta çempionatın medallarına da iddia göstərirdi. “Neftçi” çempionluğa layiq idi. “Xəzər Lənkəran” da əla mövsüm keçirdi və onların da kuboka layiq olduğu şübhəsizdi. Hesab edirəm ki, “Bakı” və “İnter”in avrokuboklardan kənarda qalması da tam layiqlidiş. “Zolaqlılar” hətta ilk altılığa da çətinliklə düşmüşdü. Belə olan halda onlardan nə tələb etmək olardı? “İnter” isə belə oyunla artığına ümid edə bilməzdi.

- Mövsümün kəşfi hesab etdiyiniz oyunçu oldumu?
- Eləsi yoxdu. Axı futbolçu bütün mövsüm boyu sabit oyun sərgiləməyə borcludu. Beləsi isə olmadı. Bahodir Nasimov yaxşı başlasa da, pis bitirdi. Flavinyo yalnız “altılıq” oyunlarında özünü göstərə bildi. Əlbəttə, ümidləri doğruldan oyunçular var idi. Elə Flavinyo özü əla oyun sərgiləyirdi, vacib oyunlarda qollar vurdu. Uinston Parks “Xəzər Lənkəran”a heç də az kömək etmədi. Amma bütövlükdə, yenə ən yaxşı oyunçu kimi Flavinyonu qeyd edərdim. O, “Neftçi”nin lideri idi.
 
- Bəs yerli oyunçulardan?
- Təəssüf ki, azərbaycanlı oyunçular elə də çox forma şansı qazana bilmirdi. Əsasən legionerlərə üstünlük verilirdi. Amma özünü yaxşı tərəfdən göstərə bilən yerli oyunçular da oldu. Məsələn, “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev yüksək səviyyəli çıxışı ilə diqqət çəkirdi. Ruslan Abışov sabit oyun göstərdi. “Qarabağ”dan Rəşad Sadiqovla Rəşad Sadıqovu qeyd etmək olar. Zədə Maksim Medvedevlə Əfran İsmayılova özlərini tam göstərməyə imkan vermədi. Çempionatın sonunda Rauf Əliyev də özünə gəlmişdi.

- Sizcə, Emil Mpenza və Jaba kimi bahalı futbolçular ümidləri tam doğrultmadımı?
- Xeyr, onlar ümidləri doğrultmadı. Ola bilər ki, belçikalıya zədə və uyğunlaşma problemi mane oldu. Amma faktdı ki, meydandakı oyunu görünmədi. Jaba isə “Bakı” üçün heç nə etmədi. Hətta komanda pis oynasa da, lider oyunçu özünü göstərməyə borcludu. Amma Jabada bunu görmədik.
 
- “Neftçi”dən Çempionlar Liqasında nə gözləyək?
- Orda təsadüfi komandalar olmur. Bütün iştirakçılar öz ölkələrinin ən güclüsü olmuş klublardı. “Neftçi” üçün çox çətin olacaq. Yaxşı transferlərlə komandanı gücləndirsələr, daha yaxşı çıxış edə bilərlər. Əlbəttə, heç kim deyə bilməz ki, “Neftçi” ÇL-i qazansın. Bu, real deyil. Amma onlar ən azı 1 və ya 2 mərhələ keçə bilərlər. Çox şey püşkün nəticəsindən asılı olacaq. Biz hamımız klublarımızı qrup mərhələsində görmək istəyirik. Amma bu məqsədə çatmaq heç də asan məsələ deyil.
 
- Amma Avropa Liqasında bunun bir qədər mümkün olduğunu demək olar...
- Bütün klublarımıza uğurlar arzulayıram. Amma qrup mərhələsinə düşmək heç asan olmayacaq. Burda tutaq ki, 30 faiz bizim xeyrimizədisə, qalan 70 faiz bizim əleyhimizədi. Mən “Xəzər Lənkəran”la “Qarabağ”dan layiqli oyun gözləyirəm. Fikrimcə, ağdamlılar üçün elə ötənilki nəticəni qazanmaq da uğurlu olacaq. XL üçün isə elə iki mərhələ keçməsini də uğur saymaq olar. Əlbəttə, hər bir klubumuza bütün qəlbimizlə azarkeşlik edəcəyik ki, daha böyük uğur qazansınlar. Amma hər şeyə real baxmaq lazımdı.

- Bəs AZAL-ın şansları barədə nə deyərdiz?
- Bu komandaya inanıram. AZAL kifayət qədər inamlı futbol sərgiləyir. Aydın məsələdi ki, bir neçə transfer həyata keçirəcəklər. Çox şey məhz bundan asılı olacaq. Onların heyətlə, xüsusilə orta xəttlə bağlı problemləri var. AZAL-dan da digər klublarımız kimi uğur gözləyirəm. Onları hesabdan erkən silmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.