30 may 2011 00:46
Əfran İsmayılov: Astanada pis oynasaq da belə 3 xal qazanmalıyıq
“Qarabağ”ın və milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində yığmanın qarşıdakı seçmə oyunlarından və öz hazırlıq durumundan danışıb.
- Çempionlar Liqasının finalına baxdınız?
- Çox gözəl oyun oldu, qələbəni də layiq olan komanda qazandı. “Manchester United” yaxşı müdafiə xəttinə malik olan komandalardan sayılsa da, “Barcelona” onların bu xəttini yara bildi və istədiyi qələbəni qazanı.
- Necə hesab edirsiz, hansı Azərbaycan komandası elə kombinasiyalı futbol sərgiləyə
- Düzünü deyim, bilmirəm. Amma deməzdim ki, olmayacaq. Axı bizim futbolda inkişaf üçün hər şey var. Biz özümüz də bunu çox istəyirik. Sadəcə, bilmirəm elə oyunu bizim komandalar nə vaxt göstərə biləcəklər. Ola bilər ki, qısa zamanda. Amma eyni zamanda bir əsr sonraya da təsadüf edə bilər. Amma şəxsən mən belə bir finalda çıxış etməyi çox arzulayıram.
- Hər halda müasir futbolda biz belə kombinasiyalı oyunu məhz “Qarabağ”da görə bilirik...
- Bilirsiz, komandamız artıq uzun müddətdi bir yerdə top qovan futbolçulardan qurulub. Daim ötürmələrlə oyun qurmağa çalışırıq. Bizim taktikamız da belədi. Biz özümüz də ötürmələrlə oynamağı sevirik. Uzun müddət birgə olmağımızın nəticəsində hərdən bizdə yaxşı alınır.
- Qazaxıstanla oyunun hazırlıqları necə gedir?
- Hər şey öz qaydasıyla gedir. Hazırlıqlarımız da qaydasındadı. Bizə sadəcə Qazaxıstanı məğlub etmək qalır.
- Bu oyundan ancaq qələbə gözləyək?
- Şübhəsiz. Biz Astanaya ancaq qələbə üçün gedirik. Başqa yolumuz yoxdu. Komandamız ən yaxşı oyununu göstərməyə borcludu. Bizim üçün əsas vəzifə qələbə qazanmaqdı, bunun üçün əlimizdən gələni edəcəyik. Real baxmaq lazımdı: Qazaxıstan bu gün bizim qrupda 6 xal qazana biləcəyimiz yeganə komandadı.

- Amma bəziləri hesab edir ki, komandamız məğlub da olsa belə, özünün ən yaxşı oyunlarından birini göstərməlidi...
- Onlarla razı deyiləm. Məsələn, Almaniya ilə oyuna belə yanaşmaq olar. Yəni almanlarla dueldə yaxşı futbol sərgiləyib, uduza bilərik. Amma Qazaxıstanla duel fərqlidi. Burda hətta pis oynamalı, amma 3 xalı qazanmalıyıq. Əsas nəticədi. Tutaq ki, yaxşı oynayıb, uduzduq. Nə olsun? Nəticə ki bizim xeyrimizə olmayacaq.
- Bəs Almaniya ilə oyunda heç-heçə etmək şansımız varmı?
- Bu, tariximizin ən yaxşı oyununu sərgiləyəcəyimiz halda baş verə bilər. Digər tərəfdən biz hələlik sadəcə bir ev oyunu keçirmişik ki, həmin oyunda da Türkiyəyə qalib gəlmişik. Halbuki, buna az adam inanırdı. Allah eləsin ki, almanlara qarşı həmin oyundakından da yaxşı çıxış edək. Amma hələlik bizim üçün daha vacib olan Qazaxıstanla oyunda qələbə qazanmaqdı. Əgər Astanadan uğurlu nəticə ilə dönə bilsək, Bakıda da yaxşı oyun göstərə bilərik.

- Çoxdan idi zədənizə görə milliyə çağırılırmırdınız. İndi vəziyyətiniz necədi?
- Allaha şükür ki, hər şey yaxşıdı. Mən tam gücümlə yalnız “altılıq” mərhələsindən etibarən oynamağa başladım. Amma yenə də öz üzərimdə çalışıram ki, zədədən sonra heç bir əskikliyim hiss olunmasın. Astanadakı oyunun süni örtükdə keçirilməsi müəyyən problem və narahatlıq yaradır. Amma bu, bütün komanda üçün çətinlik yaradır. Ümid edirəm ki, mən də meydana çıxıb, əlimdən gələni edə biləcəm.