30 may 2011 01:15
Superliqaya son vəsiqənin sahibi müəyyənləşdi
Türkiyə Superliqasının növbəti mövsümündə çıxış edəcək son klubun da adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, son vəsiqə sahibinin bəlli olacağı pleyy-off matçında “Orduspor “la “Gaziantep Büyükşehir Belediyespor” qarşı-qarşıya gəlib.
Türkiyə Bank Asya birinci liqasının son mövsümünün nəticələrinə görə elitaya son vəsiqə üçün məhz pley-off matçında ən şanslını müəyyənləşdirməli olan tərəflərin gərgin mübarizəsinin taleyini 1 top həll edib. “Orduspor” un “Gaziantep Büyükşehir Belediyespor” üzərindəki qələbəsini 88-ci dəqiqədə Ahmet Kurunun vurduğu qol gətirib.
Bu vacib qələbə nəticəsində Qaradəniz təmsilçisi 26 illik fasilədən sonra Superliqada çıxış etmək şansı yaxalayıb.
