30 may 2011 13:32
Neftçi Rusiya klubu ilə heç-heçə etdi
Özbəkistanda futzal üzrə “Ardus Cup-2011” beynəlxalq turniri keçirilir. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan klubu da çıxış edir.
Belə ki, ölkəmizin şərəfini “Neftçi” İSM qoruyur. Paytaxt təmsilçisi artıq turnirdəki ilk oyununu da keçirib. Təmsilçimiz Rusiya klubu “Norilski Nikel” ilə qarşılaşmada məhsuldar heç-heçəyə nail olub - 4:4. Bakılıların heyətində Vitali Borisov, Fərid Atakişiyev, Rəcəb Fərəczadə və Rizvan Fərzəliyev fərqlənib.
Turnirin digər iştirakçılarına gəlincə, “Аrdus” Vyetnam yığmasını məğlub edib - 4:2.
“Neftçi” İSM sabah “Ardus”la qarşılaşacaq.
