30 may 2011 14:23
Lippert Almaniya klublarından dəvət olunan milli üzvlərini dəyərləndirdi
Azərbaycanın futbol üzrə gənclərdən ibarət komandasının (U-21) baş məşqçisi Bernard Lippert millimizin düşərgəsinə cəlb olunan Almaniya klublarında top qovan futbolçularla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Fikrimcə, onlardan bəziləri tezliklə bizə kömək edə biləcəklər. Eyni zamanda elələri də var ki, hələ yoxlamaq lazımdı. Amma onlar barədə birmənalı olaraq nəsə deyə bilmərəm. Bunu yalnız Moldova ilə oyundan sonra demək olar”.
Maraq üçün xatırladaq ki, U-21-in Lənkəranda keçirəcəyi Moldova ilə yoldaşlıq görüşünə Almaniya klublarında top qovan 5 türk futbolçu dəvət olunub. Onlardan Cihan Özkara ilə Bahəddin Köşə “Ahlen”, Engin Əkrəm “Borussia” (Münhenqladbax), Ufuk Budak “Frayburq”, Əli Göydəmir isə “Hannover” klubunda top qovur.
Azərbaycan - Moldova yoldaşlıq görüşü sabah Lənkəran şəhər stadionunda keçiriləcək.
