30 may 2011 11:07

Avroliqadakı bütün potensial rəqiblərimiz

2011-2012 mövsümündə Avropa Liqasında çıxış edəcək klubların siyahısına demək olar ki, tam aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, iyunun 23-də baş tutacaq püşkatma öncəsində səbətlər müəyyənləşib, ilk iki mərhələdə qarşılaşacaq iştirakçıların tam siyahısı da məlumdu.
 
Azərbaycanın ən yüksək reytinqə malik komandası “Qarabağ”, eləcə də AZAL yarışa 1-ci təsnifat mərhələsindən qoşulacaq. Ağdam klubu güclülərin qərarlaşdığı səpələnmişlərin arasında, “təyyarəçilər” isə əks səbətdə yer alacaq. Artıq həm “Qarabağ”ın, həm də AZAL-ın potensial 24 rəqibi demək olar ki, bəllidi. Təsnifat mərhələsində eyni ölkə təmsilçiləri bir-biri ilə düşmədiyindən, AZAL və “Qarabağ”ın da fərqli səbətlərdə yer alması o demək deyil ki, təmsilçilərimiz bir-birinə rəqib olar bilər.
 
Amma əvəzində Ağdam klubu Ermənistan təmsilçiləri ilə düşə bilər. Düzdü, UEFA-nın buna şərait yaratmayacağı iddia olunsa da, kor püşkdən hər şeyi gözləmək olar. AZAL isə İngiltərə nəhəngi “Fulham” ilə qarşılaşa bilər.
 
Qeyd edək ki, “Qarabağ” ilk mərhələni keçəcəyi təqdirdə 2-ci təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq. AZAL isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq təmsilçimiz “Xəzər Lənkəran”la birgə səpələnməmişlər arasında olacaq ki, bu üzdən hər iki klubumuzun bəxtinə çətin rəqibin düşməsi istisna deyil. Amma bunun üçün Nazim Süleymanovun komandası hələ birinci mərhələni də uğurlu adlamalıdı. “Qarabağ”ın işi isə həm birinci, həm də ikinci mərhələdə asan olacaq və Qurban Qurbanovun komandası ən azı reytinqcə özündən zəif rqəbilərini çətinlik çəkmədən mübarizədən kənarlaşdırmağa borcludu.
 
Xatırladaq ki, Avroliqanın ilk təsnifat mərhələsinin oyunları iyunun 30-da, cavab görüşləri isə 7-də keçiriləcək. Növbəti mərhələ də 1 həftə aralığında - iyulun 14-ü və 21-də keçiriləcək.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi
 
Səpələnmişlər: Fulham (İngiltərə), “Elfsborg”, “Hacken” (hər ikisi İsveç), “Tromse”, “Aalesund” (hər ikisi Norveç), “Sent Patricks” (İrlandiya), “Qarabağ” (AZƏRBAYCAN), “Rabotnicki”, “Renova” (hər ikisi Makedoniya), “Spartak” (Trnava, Slovakiya), “Olimpi”, “Dinamo” (hər ikisi Gürcüstan), “Honka” (Finlandiya), “Varazdin” (Xorvatiya), “Minsk” (Belarus), “Rad” (Serbiya), “Şiroki Brijeg” (Bosniya və Herseqovina), TNS (Uels), “Reykjavik” (İslandiya), “Koper” (Sloveniya), “Birkirkara” (Malta), “Paks”, “Ferencvaros” (hər ikisi Macarıstan), “Jagiellonia” (Polşa), “Buducnost” (Çernoqoriya).
 
Səpələnməmişlər: “Glentoran”, “Cliftonville” (hər ikisi Şimali İrlandiya), “Milsami” (Moldova), “Banga” (Litva), “Daugava” (Latviya), “Olimpija” (Sloveniya), “Flamurtari”, “Vlaznia” (hər ikisi Albaniya), “Narva Trans” (Estoniya), AZAL (AZƏRBAYCAN), “İrtış”, “Şaxtyor” (hər ikisi Qazaxıstan), “Zeta” (Çernoqoriya), “Banants”, “Ulisses” (hər ikisi Erməniatan), “Kalju” (Estoniya), “Vestmannaeyar” (İslandiya), “Runavik”, “Fuglafjordur” (hər ikisi Farer adaları), “Tre Penne” (San-Marino), “Neath” (Uels), “Kaerjeng”, “Fola Esch” (Lüksemburq), “Lusitanos”, “Santa-Coloma” (hər ikisi Andorra).
 
2-ci təsnifat mərhələsi
 
Səpələnmişlər: “Dinamo” (Buxarest, Rumıniya), “Zalsburg”, “Austriya” (hər ikisi Avstriya), “Anorthosis” (Kipr), “Nacional” (Portuqaliya), “Zilina” (Slovakiya), “Vorskla” (Ukrayna), “Sheriff” (Moldova), “Den Haag” (Hollandiya), “Gaziantepspor” (Türkiyə), “Olympiakos” (Yunanıstan), “Dundee United” (Şotlandiya), “Bnei Yehuda”, “Maccabi” (Təl-Əviv, hər ikisi İsrail), “Westerlo” (Belçika), “Midtjylland” (Danimarka), “Ventspils” (Latviya), “Valerenga” (Norveç), “Thun” (İsveçrə), “Jablonec” (Çexiya), “Aktobe” (Qazaxıstan), “Vojvodina” (Serbiya), “Bohemians” (İrlandiya), AEK (Kipr), “Sarajevo” (Bosniya və Herseqovina), “Split” (Xorvatiya), “Lokomotiv” (Sofiya, Bolqarıstan), “Levadia” (Estoniya) və 1-ci təsnifat mərhələsinin ən yüksək reytinqə malik 12 qalibi
 
Səpələnməmişlər: “Şaxtyor” (Belarus), “Slask” (Polşa), “Hafnarfyordur” (İslandiya), “Metallurg” (Latviya), “Orebro” (İsveç), “Zeljeznicar” (Bosniya və Herseqovina), “Tirana” (Albaniya), “Suduva”, “Tauras” (hər ikisi Litva), “Vaduz” (Lixtenşteyn), TPS, “Kuopion Palloseura” (hər ikisi Finlandiya), “Iskra-Stal” (Moldova), “Kecskemet” (Macarıstan), “Rudar” (Çernoqoriya), “Sant Julia” (Andorra), “Streymur” (Farer adaları), “Xəzər Lənkəran” (AZƏRBAYCAN), “Gagra” (Gürcüstan), “Metallurg” (Makedoniya), “Mika” (Ermənistan), “Domzale” (Sloveniya), “Llanelli” (Uels), “Crusaders” (Şimali İrlandiya), “Differdange” (Lüksemburq), “Juvenes” (San Marino), “Floriana” (Malta) və 1-ci təsnifat mərhələsindən gələcək aşağı reytinqə malik 13 komanda.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.