30 may 2011 15:53
Twente`ni razı sal, Qəbələ`yə keç
“Qəbələ” son mövsümü “Bakı”nın heyətində keçirmiş milli komandamızın hücumçusu Vaqif Cavadovu heyətinə qatmaq üçün çalışmalarını davam etdirir. Lakin azerisport.az xəbər verir ki, Toni Adamsın komandası bu yolda yığmamızın forvardının öz xidmətinə də ehtiyac duyur.
Məsələ burasındadı ki, Cavadov hələ də müqavilə ilə Hollandiyanın “Twente” klubuna məxsusdu. Amma Vaqif özünə yeni klub axtarışındadı ki, hazırda da ən sərfəli təklifi ona “Qəbələ” ünvanlayıb. Sadəcə, bu dəvət barədə düşünən hücumçu eyni zamanda “Twente” ilə problemi özü həll etmək məcburiyyətindədi.
Çünki bölgə təmsilçisi futbolçunun da Enshede klubuyla danışıqlarda fəallığını vacib hesab edir. Əgər Cavadov hollandları razı sala bilməsə, o zaman “Qəbələ”yə transferi də baş tutmaya bilər.
