30 may 2011 17:20
Azərbaycan millisinin Lənkəranda keçiriləcək oyununa hakimlər açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi bu qarşılaşmanı yerli hakimlərə həvalə edib.
Belə ki, görüşü Elçin Məmmədovun rəhbərlik etdiyi hakimlər idarə edəcək. Baş hakimin köməkçiləri isə Rza Məmmədov, Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Sonda onu da qeyd edək ki, Azərbaycan və Moldova yığmaları arasındakı yoldaşlıq görüşü mayın 31-də, saat 18:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək.
