30 may 2011 18:27
Beşiktaş`ın yeni transferləri İstanbula gəldi
Türkiyənin “Beşiktaş” klubunun Avstriya “Rapid”indən (Vyana) transfer etdiyi futbolçular artıq İstanbula gəlib. Azerisport.az xəbər verir ki, əslən elə türk olan Vəli Kavlak ilə Tanju Kayhan bu gün günorta saatlarında qardaş ölkəyə təşrif buyurub.
Hər iki oyunçu Atatürk Hava limanında verdikləri ilk açıqlamada, “Beşiktaş”a transfer olduqları üçün yaşadıqları sevinci və hədəflərini dilə gətirib. 22 yaşlı orta sahə oyunçusu Veli Kavlak arzusunun gerçək olduğunu bildirərək, “Beşiktaş”da uğurlu çıxış etmək istədiyini, buna inandığını söyləyib.
“Ağ-qaralar”ın digər transferi Tanju Kayhan isə bunları söyləyib:
"Beşiktaş” forması geyəcəyim üçün çox şadam. Mənim üçün çox önəmli bir seçim idi. Amma bu seçimi etməyim heç də çətin olmadı. “Ağ-qaralı” formanı geymək hər oyunçunun xəyalıdı. “Beşiktaş”la uğurlar qazanacağıma inanıram”.
