30 may 2011 00:02
Fenerbahçe növbəti transferini gerçəkləşdirdi
Türkiyənin “Fenerbahçe” klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi nəhayət ki, Serdar Kesimalı sıralarına qata bilib.
Hələ bir müddət öncədən bu oyunçunun transferi ilə bağlı “Kayserispor”la danışıqlar aparan “Fenerbahçe” sonda istəyinə çatıb. “Sarı-lacivərdlilər” sözügedən futbolçu ilə 5 illik müqaviləyə imza atıb.
Maraq üçün qeyd edək ki, “Fenerbahçe” Kesimalın müqabilində iki futbolçusunu da qarşı tərəfə verməli olub. Belə ki, “sarı-laciverdlilər” Okan Alkanı icarə əsasında, İlhan Ekeri isə tam hüquqlu transfer haqqı ilə “Kayserispor” a verib.
