30 may 2011 00:04
Futbolçularımız Almaniyada turnirin qalibi oldu
Almaniyanın Reqensburq şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması turnirdə iştirak edib. Azerisport.az xəbər verir ki, yığmamız SG “Leonberq”, TV “Nabburq” və JFG “Mittlere” klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Hər üçün oyunu qələbə ilə başa vuran – müvafiq olaraq, 4:0, 1:0 və 2:0 – futbolçularımız turnirin qalibi adını qazanıb.
