30 may 2011 12:31

Vladimir Levin: Qazaxıstan Azərbaycandan heç də zəif deyil

“İnter”in və Azərbaycan millisinin müdafiəçisi Vladimir Levin azerisport.az saytına müsahibəsində Azərbaycan kubokundakı yenilgidən və yığmamızın qarşıdakı seçmə oyunlarından danışıb.
 
- Son mövsümdəki uğursuzluq yığmadakı çıxışınıza da təsir etməyəcək ki?
- Bunun heç bir təsiri ola bilməz. Təbii ki, güc tükənir, istirahət lazımdı. Amma mən futbolda yeni deyiləm. Qarşıda bizi yığmanın oyunları gözləyir və həmin qarşılaşmalarda kömək etməyə borcluyam. Əsas heyətdə olub-olmayacağımı bilmirəm. Amma milliyə son gücümə kimi hər şeyi verməyə çalışacam. Ondan sonra isə istirahət etmək olar.
 
- Qarşıdakı rəqibimiz Qazaxıstanla bağlı nə deyə bilərsiz?
- Onu deyim ki, bu rəqib Azərbaycandan heç də zəif deyil. Bu, dəqiqdi. Onların da azarkeşləri komandadan yalnız qələbə gözləyir. Axı onların da bizdən başqa qalib gələsi rəqibi yoxdu. Əminəm ki, onlarla oyunumuz da “İnter”lə “Xəzər Lənkəran” arasındakı kubokun finalı kimi gərgin bir qarşılaşma olacaq. Daha doğrusu kimin daha çox bəxti gətirəcəksə, o da qələbə qazanacaq. Amma biz hər şeyi edirik ki, Astanadan yaxşı əhval-ruhiyyədə dönə bilək.
 
- Yığmanın toplanışın ilk günlərindən 3 müdafiəçisini itirməsi nə dərəcədə çətinlik yarada bilər?
- Bu, təbii ki, problemlər yarada bilər. Bizim onsuz da geniş oyunçu heyətimiz yoxdu. Həm də bunun mövsümün sonuna təsadüf etməsini nəzərə alsaq, o zaman əlavə yüklənməyə də gətirib çıxarması mümkündü. Amma başqa çıxış yolumuz da yoxdu.

- Kubokun finalındakı uğursuzluğu unuda bilmisiz?
- Emosiyalar keçib. Amma məyusluq qalmaqdadı. Çünki dördüncü dəfə final oynayıb, uğur qazana bilməmək təsir edir. Bu dəfə hər şeyə penalti zərbələri ilə aydınlıq gətirildi ki, onları da daha yaxşı yerinə yetirə bilərdik. Axı bu, lotereyadı. Oyuna gəlincə, birinci hissədə biz rəqibə hər şeydə uduzurduq. İlk 45 dəqiqədən sonra meydanda yalnız bir komanda var idi – ХЛ. İkinci hissədə isə biz daha yaxşı oynamağa başladıq. Bizim daha çox fiziki gücə malik olmağımızı nəzərə alaraq, düşünürdüm ki, penalti seriyasında da biz qazanarıq. Amma əlavə vaxt başlayan kimi qol buraxmağımız pis təsir etdi. Amma yaxşı ki, özümüzdə güc tapıb, cavab topunu vura bildik.

- “Xəzər Lənkəran”ın Parks, Opara, Vobay kimi hücum potensialının qarşısını almaq çətin idi?
- Bəli, çətin idi. Amma bu, elə bir oyun idi ki, hamımızın oynaması lazım gəlirdi. Birinci hissədə bütün komanda çox pis oynadı. İstənilən halda fiziki cəhətdən biz daha güclü idik.
 
- Avrokuboklara çıxmadığınız üçün yəqin bu baxımdan üzərinizdə əlavə təzyiq də vardı...
- Var idi. Amma deməzdim ki, bu, pis təsir göstərirdi. Əksinə, əlavə stimul rolunu oynayırdı.
 
- İndi artıq dəqiq demək olar ki, “İnter” üçün mövsüm tamamilə uğursuz bitdi?
- Bəli. Kuboku qazana bilsəydik, mövsümü uğurlu hesab etmək olardı. Amma belə, yox.
 
- Düşünmürsüz ki, komandanın hücum xəttinin güclənməsinə daha çox ehtiyac var?
- Həqiqətən də lazımdı. Bizim iki hücumçumuz var ki, ölkələrinin millisində də çıxış edir. Amma mən bütün günahı onların üzərinə atmaq istəməzdim. Uğursuzluqda bütün komandanın günahı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.