30 may 2011 13:00
Qarabağ`ın ən yaxşı qış transferi müəyyənləşdi
“Qarabağ”ın rəsmi saytında qış transferləriylə bağlı sorğu keçirilib. Azerisport.az xəbər verir ki, qış fasiləsinə 5-ci pillədə yollanan komanda qışda 4 transferlə sıralarını genişləndirmişdi.
Qışdan sonra baş tutan 15 görüşdə komanda sürət yığaraq sonda mövsümü 3-cü sırada tamamladı. Sorğuda isə 4 transferlərə bağlı izləyicilərin münasibəti soruşulmuşdu. Əslində, sorğu futbolçulardan gözlənilənlərlə bağlı olsa da, sorğunun müddətini uzatmaqla eyni zamanda yeni transferlərin qymətləndirilməsinə şərait yaradılıb.
Sorğuda mindən çox səsverənin yarısından çoxu Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun geri dönüşündən razı qalıb. 29 yaşlı müdafiəçi 762 səs və ya 59,5 faizlə sorğunun qalibi olub. 2-ci pillədə isə qapıda inamlı oyunu ilə xoş təsir bağışlayan Bojan Pavloviç yer alıb. 22,2 faiz səs toplayan serbi daha bir legioner Nderim Nedzipi izləyir. Orta xətt oyunuçusundan sonra isə İlqar Qurbanov qərarlaşıb.
Sorğunun nəticələri
Rəşad Sadıqov - 762 səs (59.5%)
Bojan Pavloviç - 285 səs (22.2%)
Nderim Nedzipi - 136 səs (10.6%)
İlqar Qurbanov - 97 səs (7.57%)
