31 may 2011 00:10

Lippert: Bu oyunun Lənkəranda keçirilməsi təsadüfi deyil

Bu gün Lənkəranda Azərbaycan və Moldovanın gənclərdən ibarət yığmaları (U-21) arasında keçiriləcək yoldaşlıq oyunu öncəsi komandamızın baş məşqçisi Bernard Lippert azerisport.az saytının suallarını cavablayıb. O, öncə rəqibi dəyərləndirib:

“Moldova rəqib kimi heç də aşağı səviyyədə olmayan bir komandadı. Deməzdim ki, onlar güclülər arasında yer alır. Amma hər halda belə rəqiblərlə oyunlar komandaya obyektiv qiymət vermək üçün əla sınaq olur. Əlbəttə, bu, nə İngiltərə nə də İslandiyadı. Amma bildiyim qədərilə, moldovalılar da pis futbol oynamırlar”.
 
Qeyd edək ki, Moldova ilə oyun AÇ-2013-ün seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. İngiltərə və İslandiya da məhz həmin seçmə mərhələdəki rəqiblərimizdəndi. Onlarla yanaşı qrupumuzda Norveç və Belçika yığmaları da yer alır ki, komandamızın püşk baxımından bəxtinin gətirmədiyi artıq dəfələrlə qeyd olunub.
 
Lippertin sözlərinə görə, Moldova ilə yoldaşlıq görüşünün Lənkəranda keçirilməsinə təsadüfi yerə qərar verilməyib: “Biz Lənkəranda daim güclü azarkeş dəstəyinin olduğunu görmüşük. Əgər öz oyunlarımızı Bakıda keçirəndə cəmi 5-6 min azarkeş gəlirdisə, burda azı 8-10 minlik tərəfdar toplaya bilirik. Bu oyunları da Lənkəranda keçirməyimizə əsas səbəb məhz belə möhtəşəm azarkeş dəstəyi altında oynamaq istəməyimizdi”.
 
Hazırda sərəncamında 23 futbolçu olan almaniyalı mütəxəssis onların hamısından yararlanmaq fikrindədi: “Fikrimcə, komanda üçün çox vacib bir mərhələ başlayır. Bura 23 futbolçuyla gəlmişik. Mümkündü ki, mən maksimum sayda əvəzləməyə əl atım. Artıq komandamızın qarşıdakı seçmə mərhələ üçün oyun cizgiləri müəyyənləşməlidi”.
 
Bernard Lippert həmçinin Almaniya klublarından dəvət olunmuş 5 türk futbolçu haqda da fikirlərini dilə gətirib: “Fikrimcə, onlardan bəziləri tezliklə bizə kömək edə biləcəklər. Eyni zamanda elələri də var ki, hələ yoxlamaq lazımdı. Amma onlar barədə birmənalı olaraq nəsə deyə bilmərəm. Bunu yalnız Moldova ilə oyundan sonra demək olar”.
 
Bir daha xatırladaq ki, Azərbaycan və Moldova yığmaları arasındakı yoldaşlıq görüşü bu gün Lənkəran şəhər stadionunda keçiriləcək. Baş məşqçi bu oyun üçün aşağıdakı futbolçuları milliyə çağırıb:

Andrey Popoviç - «Abşeron»
İvan Vasilyev – «Karvan»
Osman Umarov – «Abşeron»
Mirzağa Hüseynpur – «FK Mitos» (Rusiya)
Qara Qarayev – «Qarabağ»
Novruz Məmmədov – «Muğan»
Şəhriyar Xəlilov – «Xəzər Lənkaran»
Tərlan Quliyev – «Neftçi»
Kamil Nurəhmədov – «Abşeron»
Eşqin Quliyev – «Abşeron»
Emin Mustafayev – MOİK
Tural İsgəndərov – MOİK
Orxan Həsənov – «Abşeron»
Mirhüseyn Seyidov – «Neftçi»
Sergey Çernışev – «Muğan»
Cavid İmamverdiyev – «Neftçi»
Cihan Özkara – «RW Ahlen» (Almaniya)
Bahəddin Köşə – «RW Ahlen» (Almaniya)
Engin Əkrəm – «Borussia» (Münhenqladbax, Almaniya)
Ufuk Budak – «FC Frayburq» (Almaniya)
Əli Göydəmir – «Hannover 96» (Almaniya)
Araz Abdullayev – «Neftçi»
Amit Quluzadə – «Neftçi»

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.