31 may 2011 14:07

Arif Əsədov: Qarabağ üzərində Neftçi və XL-da olan təzyiq yoxdu

“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində mövsümün yekunlarından danışıb, millimizin qarşıdakı seçmə oyunlardakı şanslarını dəyərləndirib.
 
- Son mövsümü necə qiymətləndirərdiz?
- Son çempionatın səviyyəsi əvvəlkilərdən də yüksək idi. Bu, diqqətçəkən idi. Xüsusilə də, mövsümün sonu çox maraqlı və gərgin alındı.
 
- Premyer Liqanın formatı ilə bağlı nə deyərdiz?
- Qızıl xalların aradan qaldırılması intriqanı daha da artırdı. Bütövlükdə, qeyd etdiyim kimi maraqlı çempionat alındı. Düzdü, burda bir mənfi cəhət də var ki, o da ikinci altılıqda hansısa intriqanın qalmamasıyla bağlıdı. Orda yalnız kimin elitada qalıb-qalmayacağı maraq doğurur.
 
- Əgər kuboku nəzərə almasaq, qeyd etmək olar ki, mövsüm sizin istədiyiniz kimi alındı?
- Mövsümün əvvəlində bizim üçün əsas hədəf sadəcə Avropa Liqasına düşmək idi. Nəzərə alsaq ki, “Neftçi” xeyli müddət idi medalsız, avrokuboklarsız qalırdı, bu, bizim minimum vəzifəmiz idi. Amma sonda çempionatda ən yüksək nəticəyə nail ola bildik. Bu baxımdan mövsümü uğurlu hesab edirəm. Əlbəttə, Azərbaycan kubokunu da qazanmaq istərdik. Amma biz bu turnirə ikinci planda baxmağa məcbur idik. Yəni əsas hədəfimizi daha çox düşünürdük. Aydın məsələdi ki, iki cəbhədə mübarizə aparmaq ağır oldu.
 
- Bu mövsüm siz demək olar ki, az transferlə çox şeyə nail oldunuz. Onlar hamısı ümidlərinizi doğrulda bildi?
- Demək olar ki, 90 faiz istədiyimizi ala bildik. Həyata keçirdiyimiz transferlər də klubumuzun düzgün siyasət həyata keçirməsinin göstəricisidi. Kimi almışdıqsa, hamısı meydana çıxdı, komandaya bu və ya digər səviyyədə kömək etdi. Göstərdilər ki, əbəs yerə alınmayıblar.
 
- Bəs bu yay nə kimi planlarınız var?
- Bu yöndə çalışmalarımız davam edir. Bizim öz strategiyamız var. Hazırda legionerlərlə bağlı limiti də nəzərə almaq lazımdı. Hazırda heyətdə komandaya daha az fayda verən futbolçuları araşdırırıq ki, onları uzaqlaşdıraq. Çünki yeni gələcək oyunçulara da yer hazırlamaq lazımdı.
 
- Deyilənə görə, “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin xidmətində maraqlısız...
- İlk dəfədi bu haqda eşidirəm. Bizim Rauf Mehdiyev kimi əsas qapıçımız var. Bu mövsüm o, bizə çox kömək etdi. Veteran olsa da, hələ də yüksək səviyyəli oyunu ilə seçilməkdədi. Amma bununla Vəliyevin pis qapıçı olduğunu demək istəmirəm. O da Azərbaycan futbolunda özünəməxsus çəkiyə malikdi. Sadəcə, onu sıralarımıza qatmaq planlarımız yoxdu.

- Bəs konkret olaraq izlədiyiniz futbolçu varmı?
- İzlədiyimiz oyunçular çoxdu. Onların oyunlarının videoyazılarına baxırıq, qiymətləndiririk, müqayisə edirik ki, seçimimizdə səhv etməyək. İzlədiklərimiz arasında xoşumuza gələnlər çox deyil. Amma bizə daha faydalı ola biləcək 2 futbolçu lazımdı.
 
- Artıq Çempionlar Liqasındakı bütün potensial rəqibləriniz müəyyənləşib. Onların arasında BATE, “Rosenborg” kimi güclü klublar da var. Bəs siz necə, belə güclülərlə qarşılaşmaq istərdiniz, yoxsa, bir qədər zəiflərlə?
- Fərqi yoxdu. Əsas öz oyunumuzu göstərməkdi. Biz burda kimisə zəif və güclüyə bölmərik. Bu, istənilən halda hər ölkənin ən güclüsü olan klubların çempionatıdı. Burda zəif komanda ola bilməz. Ona görə də hamısına eyni gözlə baxırıq.

- Bəs digər klublarımızın avrokuboklardakı şanslarını necə dəyərləndirirsiz?
- “Qarabağ” da, “Xəzər Lənkəran” da, AZAL da hamısı ambisiyalı klublarımızdı. Onların hər biri özünü göstərmək istəyir. Fikrimcə, hamısının yaxşı nəticə göstərmək üçün əla şansı var. Qazanılan təcrübə baxımından “Qarabağ” bir qədər daha şanslıdı. Yəni ən azı Ağdam klubu üzərində “Xəzər Lənkəran”, elə “Neftçi” üzərində olan təzyiq yoxdu. AZAL-ın da avrokuboklarda iştirak təcrübəsi azdı və bu sözünü deyə bilər. Amma istənilən halda bütün klublarımızın ölkəmizi layiqincə təmsil etmək şansı var və bundan maksimum yararlanmalıyıq.
 
- Yığma komandamız iyunun 3-də Qazaxıstanın qonağı olacaq, 7-də isə Almaniyanı qəbul edəcək. Gözləntiləriniz?
- Son məğlubiyyətin ardından milli üzvlərinə qarşı kifayət qədər ciddi tənqidlər ünvanlandı. Amma hər kəs uğur qazanmaq istəyir. İnanıram ki, futbolçularımız Astanada qələbə qazana biləcək. Hesab edirəm ki, hazırda hər şey məhz bizim səfərdə 3 xal qazanmağımıza şərait yaradır.
 
- Amma Qazaxıstana uduzmağımız da istisna oluna bilməz...
- Qazaxıstan hazırda Azərbaycanın 6 xal qazana biləcəyi yeganə rəqibdi. Eyni zamanda onların da bizdən başqa məğlub edə biləcəyi ikinci komanda yoxdu. Demək olar ki, bu qarşılaşma seçmə mərhələdəki ən vacib görüşümüzdü. Hətta baxmayaraq ki, oyun səfərdə keçirilir. Qazaxların da istəyini nəzərə almaq lazımdı. Onlar hələ nə qol vurub, nə də xal qazanıb. Hesab edirəm ki, qazaxlar üçün bu görüş daha vacibdi, nəinki bizim üçün. Ən azı ona görə ki, biz Türkiyə üzərində qələbə sayəsində artıq xal da qazanmışıq, qollarımız da var. Odu ki, məğlubiyyətimizi faciəyə çevirməyin tərəfdarı olmaram. Əsas odu ki, qələbə istəyi ilə meydana çıxıb, sona kimi mübarizə aparaq. Bizim hələ qarşıda xeyli ev oyunumuz olacaq. Məsələn, Belçika və Avstriya ilə ev oyunlarında uğurlu nəticə qazana bilərik. Onlarla hətta heç-heçə də uğurlu nəticə hesab oluna bilər. Amma mənə elə gəlir ki, bu seçmə mərhələdə hələ başqa sürpriz nəticələrimiz də olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.