31 may 2011 14:33
Bundestimin millimizlə oyun öncəsi dördüncü itkisi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də yığmamızın qonağı olacaq Almaniya millisi növbəti itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Bundestim iyunun 3-də keçiriləcək Avstriya və 7-dəki millimizlə səfər oyununa Marko Roysu da apara bilməyəcək.
Qeyd edək ki, Münhenqladbax “Borussia”sının yarımmüdafiəçisi bir neçə müddət idi zədədən əziyyət çəkirdi və həkimlər onu sıraya qaytarmaq üçün əllərindən gələni edirdilər. Amma 22 yaşlı futbolçunu sağaltmaq onlara qismət olmayıb. Nəticədə baş məşqçi Yoahim Löv Marko Roysu da heyətdən uzaqlaşdırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Bundestim bundan öncə “Bayern”in yarımmüafiəçisi Bastian Şvaynştaygeri, hücumçu Miroslav Klozeni və Sven Benderi də itirmişdi. “Real”ın yarımmüdafiəçisi Sami Xediranın iştirakı isə sual altındadı.
