31 may 2011 15:01
Uels klubu İngiltərə Premyer Liqasına vəsiqə qazandı
İngiltərə Premyer Liqasının növbəti mövsümündə çıxış etmək üçün son vəsiqənin sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Çempionşipin pley-off matçında “Reading” ilə “Swansea” qarşı-qarşıya gəlib.
Londonun “Wembley” stadionunda oynanılan matç kifayət qədər məhsuldar alınıb. “Swansea” “Reading”i üzərindəki 4:2 hesablı qələbə sayəsində Premyer Liqaya son vəsiqəyə sahib çıxıb.
“Swansea”nin qollarının ikisi penaltidən olmaq şərtilə het-trikə imza atan Sinkleyr (3) və Dobbinin ayağına yazılıb. “Reading”in təsəlli qollarını isə avtoqola imza atan Allen və Millz qeyd edib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yüksələn ilk Uels komandasına çevrilən “Swansea” eyni zamanda 90 milyon sterlinqi də kassasına qəbul edib.
Maraq üçün xatırladaq ki, Çempionşipi ilk iki sırada tamamlayan “Queens Park Rangers” və “Norwich City” birbaşa Premyer Liqaya çıxmışdı.
