31 may 2011 15:58
Qurbanov: Hesab etmirəm ki, bu keçidə görə münasibətlər korlansın
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının yeni planlarından, Zaur Tağızadənin gəlişindən, Georgi Adamiyanın Gürcüstan yığmasına dəvət almasından və millimizin AÇ-2012-nin seşmə mərhələsindəki qarşıdakı oyunlarından danışıb.
- Komandanızın transfer planları barədə sizdən məlumat almaq istərdik...
- Hələlik konkret heç nə deyə bilmərəm. Yaxın günlərdə bəzi futbolçularımızın taleyinə aydınlıq gətirəcəyik. İlqar Qurbanovla müqavilənin müddəti bitir. Amma onu saxlamaq istəyirik. Yəqin ki, onunla daha bir illik müqavilə imzalanacaq. Həmçinin Zaur Həşimovu da saxlamq istəyirik. Ayxan Abbasovla Aftandil Hacıyevin aqibətinə isə yaxın günlərdə aydınlıq gəlməlidi. Hələlik, bunlar dəqiqləşməyib.
- Georgi Adamiyanın Gürcüstan yığmasına dəvət almasını necə qarşıladınız?
- Bunu normal qarşıladım. Təbii ki, onun milliyə çağırılması bizi sevindirdi. Əgər futbolçu bu yaşda yığmaya dəvət alırsa, bu, artıq onun oyununun səviyyəsindən xəbər verir. Adamiya mövsümün son oyunlarında yaxşı təsir bağışlayırdı. Onun Gürcüstan millisinə dəvət alması hamımızı sevindirməlidi. Bu, həm də bizim çempionata münasibətin göstəricisidi. Deməli, Azərbaycan çempionatının səviyyəsi qalxmaqdadı.
- Sizcə, o, əsas heyətə düşə bilər?
- Adamiya hazırda çox yaxşı formadadı. Buna görə də, onun heyətdə yer alması heç bir problem yarada bilməz. Yəqin ki, Xorvatiya ilə oyunun 18-liyinə düşməsində problem olmayacaq. Hər halda yığmaya kömək edəcək gücdədi. Gürcüstan millisindəki rəqabəti də unutmaq olmaz.

- Zaur Tağızadəni komandanıza gətirməyə nə vaxt qərar verdiniz?
- Mən öyrəndim ki, Zaur “Neftçi”ni tərk edib və heç yerdə işləmir. Qərara aldım ki, onu öz komandama dəvət edim. Axı mən Tağızadəni yaxşı tanıyıram. Mən onun futbol biliyinə bələdəm. Azərbaycan futbolu üçün çox şey etmiş biridi. Çoxlu yaxşı oyunlar keçirib, qollar vurub. Buna görə də onu komandamda görmək maraqlı idi.

- Hesab etmirsiz ki, bu, “Neftçi” ilə münasibətləri korlaya bilər?
- Mən Bakıda deyildim və mətbuatda nə yazılmasından xəbərim yoxdu. Amma burda ciddi problem görmürəm. Tağızadə həmişə “Neftçi”yə azarkeşlik edəcək. Mən özüm də bu komandaya böyük hörmət bəsləyirəm. Odu ki, hər şeyi normal qarşılamaq lazımdı. Hesab etmirəm ki, bu keçidə görə münasibətlər korlansın.
- Artıq Avropa Liqasındakı potensial rəqiblərinizlə tanış olmusuz?
- Bəli. Orda zəif komanda yoxdu. Bir-iki klubu orta güclü hesab etmək olar. Amma qalan hamısı qələbəyə oynayacaq komandalardı. Baltikyanı ölkələrdən, Albaniyadan komandalar var. Hər şeyə püşkatma aydınlıq gətirəcək. Kiminlə düşsək, sona kimi mübarizə aparmağa çalışacağıq.

- Avrokuboklar öncəsi qarşıya hansı vəzifə qoyulub?
- Hələlik rəhbərliklə görüşməmişəm. Sadəcə telefonla danışmışıq. Amma qarşıdakı günlərdə görüşüb bütün bunlara aydınlıq gətirəcəyik. “Qarabağ” əlindən gələni edəcək ki, Avropa Liqasında ölkəmizi layiqincə təmsil etsin.
- Yığmamızın qarşıdan gələn AÇ-2012-nin seçmə oyunlarından nə gözləyirsiz?
- Qazaxıstanla oyun bizim üçün çox vacib əhəmiyyət daşıyır. Hamı bu görüşün əhəmiyyətini anlayır. Bizə qələbə lazımdı. Komandamıza inanıram və onlardan yalnız qələbə gözləyirəm. Qazaxıstan asan rəqib deyil. Buna görə də yaxşı hazırlaşmağımız vacibdi. Hesab edirəm ki, millimiz bizi sevindirə biləcək.

- İyunun 7-də Almaniya ilə də oyunumuz olacaq...
- Həmin görüşdə yaxşı oyuna azarkeşlik edəcəyik. Almaniya ilə oynamaq hamı üçün çətindi. İnanıram ki, futbolçularımız doğma azarkeşlər qarşısında layiqli oyun sərgiləyə biləcək.