31 may 2011 16:04
Gəncə adını dəyişdi
"Gəncə" PFK növbəti mövsümdən Premyer Liqada "Kəpəz" adı ilə mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Elmir Əliyev verib.
"Bu təklif ətrafında klubun sponsoru ilə də müzakirələr aparılıb və son qərar belə oldu – "Gəncə" PFK bu mövsümdən "Kəpəz" adı ilə çıxış edəcək” - deyə Elmir Əliyev bildirdi. Klub prezidenti artıq lazımi sənədlərin hazırlanması üçün göstərişlərin verildiyini əlavə edib.
Bu il I divizionda mübarizəyə başlayacaq Gəncə şəhərinin ikinci komandasının taleyinə isə klubun prezidenti Musa Abdullayev aydınlıq gətirib. Onun sözlərinə görə, bu mövsüm birinci divizionda mübarizə aparacaq Gəncə şəhərinin digər təmsilçisinin adı “Tərəqqi” olacaq.
