31 may 2011 16:19
Terim 5 futbolçunu Galatasaray`dan qovdu
Türkiyənin “Galatasaray” klubu yeni mövsümün hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, mövsümün sonunda qardaş ölkənin ən ünlü məşqçisi Fatih Terimi sükanı arxasına gətirən “sarı-qırmızılar” bu gün yollarını ayırdığı oyunçuların adlarını açıqlayıb.
“İmperator” ləqəbli mütəxəssis komandada görmək istəmədiyi 5 futbolçunun kimliyini bəyan edib. Bunlar Robinson Sapata, Lukas Neyl, Harri Kyuell, Emiliano İnsua və Barış Özbekdi.
Onlardan fərqli olaraq sözləşməsi sona çatan Gökhan Zan və Cem Sultan ilə də danışıqlar aparılacağı bildirilir. Onlarla razılıq əldə ediləcəyi halda bu iki futbolçunun komandada qalmasına qərar veriləcək. Əks halda növbəti qurbanlar elə Zanla Sultan olacaq.
Maraq üçün xatırladaq ki, “Galatasaray” artıq yeni transferlərini də gerçəkləşdirməyə başlayıb. Belə ki, İstanbul klubu “Bolton”dan Yohan Elmanderi, “Trabzonspor”dan isə Selçuk İnanı rənglərinə bağlayıb.
