31 may 2011 17:32
“İstərdim ki, karyeramı elə Qarabağ`da bitirim”
“Qarabağ”ın müdafiəçisi Zaur Həşimov Ağdam klubuyla müqaviləsinin müddətini artırmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Təbii ki, “Qarabağ”da karyeramı davam etdirəcəyim üçün sevinirəm. Bir qarabağlı olaraq sevimli komandamda oynamaq çox xoş bir duyğudu. Artıq 4 ildi ki “Qarabağ”da oynayıram. Bu, heç də az müddət deyil. Həm də komandanın “qızıl” dövrünün bir parçası olmaq da qürurvericidi. Təbii ki, istərdim karyeramı elə “Qarabağ”da bitirim. “Qarabağ”da sadəcə futbol haqqında düşünürük. Əla kollektivimiz var. İnşallah, qarşıdakı mövsümün də bizim üçün uğurlu olmasını istəyirəm”.