31 may 2011 17:46
Qurbanov: Qurbanov, formanı kim çox istəyirsə, ona verir
“Qarabağ”ın bu gün yeni müqavilə ilə heyətində saxlamağa qərar verdiyi yarımmüdafiəçisi İlqar Qurbanov yeni mövsümdə karyerasının ən uğurlu dönəmini yaşamağı planlaşdırır. Azerisport.az xəbər verir ki, o, Qurban Qurbanovun komandasında qalması ilə bağlı bunları dilə gətirib:
“Qarabağ”la yeni müqavilə bağladığıma görə məmnunam. Rəhbərliyin və Qurban Qurbanovun mənə etimad göstərdiyinə görə öz təşəkkürümü bildirirəm. Son oyunlarda məni meydana buraxmaqla baş məşqçimiz mənə inandığını göstərdi. “Qarabağ”da güclü heyət formalaşıb. Forma uğrunda gərgin mübarizə gedir. Amma Qurban müəllim formanı kim çox istəyirsə, ona verir. Bu il daha uğurlu çıxış edəcəyimizə inanıram. İlk olaraq avrokuboklar gəlir. İnanıram ki, bu il də azarkeşlərimizi uğurlu nəticələrlə sevindirə biləcəyik. Eyni zamanda çempionatın və ya kubokun ən azının birini qazanacaq gücdəyik. Mən də var-gücümlə “Qarabağ”ın uğur qazanmasına köməklik göstərəcəm”.
