31 may 2011 18:03
Juventus`un yeni baş məşqçisinin adı açıqlandı
İtaliyanın “Juventus” klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Turin klubu sabiq futbolçularından olan “Siena”nın baş məşqçisi Antonio Konte ilə anlaşıb.
Yeni mövsümə iddialı bir şəkildə hazırlaşan “Juventus” yollarını ayırdığı sabiq çalışdırıcısı Del Neriyə əvəzləyici tapmaq üçün çox gəzməyib. Klub prezidenti Andrea Aqnelli elə sabiq “Juventus”lu oyunçu ilə işbirliyi qurmağa üstünlük verib.
Qeyd edək ki, ötən mövsümü Seriya A-nın 7-ci pilləsində başa vuran “Juventus” avrokuboklardan kənar qaldığı üçün Luici Del Nerini kovmaq məcburiyyətində qalmışdı. Turin təmsilçisi yeni baş məşqçidən öncə “Milan”dan Andrea Pirlonu rənglərinə bağlamışdı.
