31 may 2011 18:38
Abşeron`un toplanışının vaxtı dəyişdirildi
"Abşeron"un toplanışının vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, iyunun 1-də istirahətini başa vurub, toplanmalı olan komanda bir həftə gec yığışacaq.
İyunun 1-də klubda daxili toplantı keçirilməli və baş məşqçi Mirbağır İsayev 2010-2011-ci ilin mövsümünə yekun vurmalı, icarə əsasında olan futbolçuların gələcək taleyinə aydınlıq gətirməli, komandanın yüksək liqaya çıxmasında əməyi olan bütün üzvləriylə gələcək əməkdaşlığın detallarını müəyyənləşdirməli, yeni transferlər barədə klubun prezidenti Yaşar Rüstəmovla fikir mübadiləsi aparmalı idi. Amma komandanın bir sıra futbolçuları yığmaların düşərgəsində olduğundan "Abşeron" iyunun 7-də toplanacaq.
