31 may 2011 19:16
Premyer Liqada növbəti baş məşqçi istefası
İngiltərə Premyer Liqasında çıxış edən klublardan “Aston Villa”da Jerard Ulye dönemi başa çatıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi fransız mütəxəssisin sağlıq durumundakı problemləri də nəzərə alaraq, ona əvəzləyici axtarmaq qərarına gəlib.
Maraq üçün xatırladaq ki, ötən il Ulye “Aston Villa” ilə 3 illik sözləşmə imzalamışdı. Ancaq keçmişdə də ürəyindən ciddi əməliyyat keçirən mütəxəssis sağlıq durumundakı problemlərdən ciddi əziyyət çəkdiyi üçün klub rəhbərliyi ilə qarşılıqlı şəkildə yolları ayırmağa qərar veriblər.
Məsələ burasındadı ki, aparılan həkim müayinələri nəticəsində fransalı məşqçinin komanda çalışdırmasının çox riskli olması üzə çıxıb. Bu üzdən də 63 yaşlı çalışdırıcı mümkün qədər həyəcan keçirməmək üçün futboldan uzaqlaşmalı olub.
