31 may 2011 19:37
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın 61-ci Konqresi öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edir.
Qeyd edək ki, sabah Konqresdə dünya futbol qurumuna növbəti prezident seçkisi keçiriləcək.
