31 may 2011 20:36
“Azərbaycan yığması səviyyəli komanda olduğunu göstərdi”
21 yaşadək futbolçulardan ibarət yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Moldova millisinin (U-21) baş məşqçisi Sergey Kirilov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Çox layiqli rəqiblə qarşılaşdıq. Azərbaycan yığması nümayiş etdirdiyi futbolla səviyyəli komanda olduğunu göstərdi. Öz komandamın oyununa gəlincə, təəssüf ki, məşqlərdə verdiyim tapşırıqların icrasını oyunda görmədim. Rəqibimizə gələcək oyunlarda uğurlar arzulayıram”.
