31 may 2011 11:18
Şaxtyor`un hücumçusu millimizlə oyuna çağırıldı
Qazaxıstanın “Şaxtyor” klubunun hücumçusu Sergey Xijniçenko millimizlə oyuna dəvət olunub. Azerisport.az xəbər verir ki, baş məşqçi Miroslav Beranek son anda bu futbolçunu da əsas komandanın sıralarında görmək istəyib.
Xijniçenko zədələnərək sıradan çıxan Sergey Lisenkovu əvəzləyib. Bu hücumçunun adı isə heyətdən çıxarılıb.
Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də Astanada keçiriləcək.
