31 may 2011 11:39
Aleksandr Çertoqanov: Yaxşısı budu belə şeyləri düşünməyək
“İnter”in və Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstan və Azərbaycanla oyunları öncəsi azerisport.az saytının suallarını cavablayıb.
- Hazırlıqlar necə gedir?
- Uzun mövsümdən sonra təbii ki, çətindi. Amma bu, psixoloji cəhətdən problem yaratmır. Berti Foqts maraqlı məşqlər keçir. Komandada hər şey yaxşıdı. Əgər bu atmosfer oyunumuza da təsir etsə, o zaman müsbət nəticə qazanmaq çətin olmayacaq.

- Baş məşqçi əsasən nəyə diqqət ayırır?
- Qazaxlarla oyun yaxınlaşdıqca taktiki məşğələlərimiz daha da çoxalır.
- Qazaxlarla oyun yaxınlaşdıqca taktiki məşğələlərimiz daha da çoxalır.
- Əsas diqqəti müdafiəyə ayırırsız, yoxsa hücuma?
- Baş məşqçi hər mövqe üzrə xüsusi məşqlər həyata keçirir. Həm hücum edirik, həm müdafiə olunuruq. Pis iç aparılmır. Azarkeşlərimizi sevindirmək istəyirik. Çünki onlar bizdən qələbə gözləyirlər. Hesab edirəm ki, yığma Qazaxıstandan qələbəylə dönməyə borcludu.

- Hesab etmirsiz ki, Astanadakı görüş eynigüclü komandaların duelidi?
- Bu, həqiqətən də belədi. Hər iki komandanı çətin oyun gözləyir.
- Bu, həqiqətən də belədi. Hər iki komandanı çətin oyun gözləyir.
- İki tsikl öncə bu komandalar üz-üzə gəlmişdi və hər iki oyunda oxşar nəticə qeydə alınmışdı - 1:1. Əgər həmin komanda ilə indikini müqayisə etsəz, nə kimi üstünlüklər qazana bilmişik?
- Bu komandaları müqayisə etmək istəməzdim. Orda tam fərqli uşaqlar çıxış edirdi, indiki komandada isə başqa. Həmin yığmanı niyə xatırlayaq ki? Bu günlə yaşamaq lazımdı. Bu gün bizdən nəticə tələb olunur. Onda nə olması indi çox az adamı düşündürür. Biz iki dəfə qazaxlarla heç-heçə oynasaq da, bu, artıq tarixdə qalıb. İndi qarşıya baxmaq və bu dəfə mütləq qələbə qazanmaq qalır.
- Amma reallıq budu ki, biz səfər oyunlarında o qədər də uğurlu oynamırıq...
- İlkin vəzifə uduzmamaqdı. İkinci vəzifə isə mümkün qədər qol vurmaqdı. Heç-heçə təbii ki, yaxşı nəticə sayılmayacaq. Amma nəzərə almaq lazımdı ki, rəqib hələ nə qol vurub, nə də xal qazanıb. Buna görə də onlar irəli atılmağa məcbur olacaqlar. Biz də bundan istifadə edib qələbə qazansaq, əla olar. Əsas qələbə üçün oynayacağıq.
- Deməli, rəqibdən qorxmamaq və ilk dəqiqələrdən hücuma atılmaq barədə düşünürsüz?
- Buna artıq Berti Foqts qərar verəcək. Məncə, artıq o, necə oynayacağımızı müəyyənləşdirib. Sadəcə, oyunu düzgün təşkil etmək lazımdı. Ağıllı oynasaq, istəyimizə çatarıq.
- Buna artıq Berti Foqts qərar verəcək. Məncə, artıq o, necə oynayacağımızı müəyyənləşdirib. Sadəcə, oyunu düzgün təşkil etmək lazımdı. Ağıllı oynasaq, istəyimizə çatarıq.
- Astanada qələbə qazansaq, artıq tsiklin ortasında yeni rekord müəyyənləşdirə bilərik...
- İki tsikl öncə də startda 4 xal topladıqdan sonra belə düşüncəylə yaşayırdıq. Amma sonda heç nə alınmadı. Odu ki, yaxşısı budu belə şeyləri düşünməyək.