31 may 2011 12:04
Milan Xəzər Lənkəran`a məktub ünvanladı
İtaliyanın dünya şöhrətli “Milan” Futbol Klubu “Xəzər Lənkəran”a təbrik məktubu ünvanlayıb. Azerisport.az xəbər verir ki, italiyalılar klubumuza Azərbaycan Kubokunu qazanması münasibətilə təbriklərini çatdırıblar.
Klubun vitse-prezidenti Adriano Qallianinin imzaladığı məktubda cənub təmsilçisi bütün “Milan” ailəsi adından ölkə kubokuna üçüncü dəfə sahib çıxması münasibəti ilə təbrik edilib.
Maraq üçün xatırladaq ki, bu il İtaliya çempionu olan “Milan” bundan öncə “Neftçi”yə də Azərbaycan çempionu adını qazanması münasibətilə təbrik məktubu ünvanlamışdı.
