31 may 2011 12:23
Qarabağ`ın müdafiəçisi Turan`a keçir
“Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyev karyerasını “Turan”da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu yaxınlarda Əsgər Abdullayevi sükanı arxasına gətirən Tovuz klubu təcrübəli müdafiəçinin xidmətində maraqlıdı.
Qeyd edək ki, buna daha çox Ağdam təmsilçisinin sözügedən oyunçunu heyətində saxlamaq istəməməsi şərait yaradıb. Çünki Avropa Liqası öncəsi heyətini gücləndirmək istəyən Qurban Qurbanovun komandası heyətə düşməkdə çətinlik çəkən Aftandillə yanaşı Ayxan Abbasovu da saxlamaqda maraqlı deyil.
Bu isə təbii ki, sözügedən futbolçulara başqa klubların müştəri çıxmasına şərait yaradır. Hər halda artıq yaxın günlərdə Hacıyevin “Turan”a keçidi rəsmi həllini tapa bilər.
