31 may 2011 00:23
Qarabağ 2 oyunçusu ilə yollarını ayırır
“Qarabağ” iki futbolçusu ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, Ağdam klubunun rəhbərliyi müdafiəçi Aftandil Hacıyev və universallığıyla seçilən Ayxan Abbasovla başa çatan müqaviləsini yeniləmək istəmir.
Hər iki futbolçu əsas heyətə təsadüfi hallarda düşə bilirdi. Bunu xüsusilə də Abbasova aid etmək olar. Hacıyev isə bir qayda olaraq son illər zədədən əziyyət çəkdiyi üçün komandaya kömək edə bilmirdi. Bu üzdən də Qurbanov onlara əvəzləyici axtarmaq qərarına gəlib.
Onların əksinə olaraq “Qarabağ”ın yarımmüdafiəçi İlqar Qurbanovla müdafiəçi Zaur Həşimovu heyətdə saxlamağa hazırlaşdığı bildirilir. Onlar da əsas heyətə düşməkdə çətinliklərlə üzləşsələr də, rəhbərlik hər iki futbolçuya yeni müqavilə təklif etmək fikrindədi. Bütün bunlara həftənin sonuna kimi aydınlıq gələcəyi gözlənilir.
