31 may 2011 19:54
Millimiz Moldova ilə sınaqdan üzüağ çıxdı (YENİLƏNİB)
Bu gün Lənkəranda Azərbaycan və Moldovanın gənclərdən ibarət yığmaları (U-21) arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma hər iki komanda üçün AÇ-2013-ün seçmə mərhələsinə hazırlıq məqsədi daşıyırdı.
Maraq uçun xatırladaq ki, AÇ-2013-ün seçmə mərhələsində millimizin qrupunda İngiltərə, İslandiya, Norveç və Belçika yığmaları yer alır.
Qeyd edək ki, Azərbaycan və Moldova yığmaları arasındakı görüş Lənkəran şəhər stadionunda keçirilirdi. Stadiona giriş isə pulsus idi. Məhz bu üzdən komandamızı dəstəkləmək üçün arenaya xeyli sayda fanat təşrif buyurmuşdu. Məhz bu dəstəyin məntiqi nəticəsi kimi komandamız rəqibini minimal hesabla məğlub etdi.
Baş məşqçi Bernard Lippert bu oyun üçün aşağıdakı futbolçuları milliyə çağırmışdı:
Andrey Popoviç, Osman Umarov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Orxan Həsənov (hamısı “Abşeron”), İvan Vasilyev (Karvan), Mirzağa Hüseynpur (Mitos, Rusiya), Qara Qarayev (Qarabağ), Novruz Məmmədov, Sergey Çernışev (hər ikisi “Muğan”), Şəhriyar Xəlilov (Xəzər Lənkaran), Tərlan Quliyev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Araz Abdullayev, Amit Quluzadə (hamısı “Neftçi”), Cihan Özkara, Bahəddin Köşə (hər ikisi “Ahlen, Almaniya), Engin Əkrəm (Borussia, Münhenqladbax, Almaniya), Ufuk Budak (Frayburq, Almaniya), Əli Göydəmir (Hannover, Almaniya).
Yoldaşlıq oyunu
31 may
Azərbaycan - Moldova - 1:0 (0:0)
Qol: M.Seyidov, 47 (1:0).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Orxan Məmmədov.
AZƏRBAYCAN: Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Novruz Məmmədov, Ufuk Budak, Mirhüseyn Seyidov (k), Araz Abdullayev, Tural İsgəndərov, Amit Quluzadə, Cihan Özkara, Cavid İmamverdiyev.
MOLDOVA: Denis Rusu (K), Аleksadr Skripçenko, Sandu Ojoq, İon Yordan, Konstantin Mandriçenko, Vadim Kostandaki, Tudor Starçuk, Radu Qinsari, Maksim Xovanski, Sergey Dyulger, Mixail Paseçnyuk.
Oyun başladı
Hər iki komanda görüşə fəal başlayıb
Komandamız Tural İsgəndərovla sürətli hücum qursa da, nəticəsi olmur
Qonaqların sol cinahdan təhlükəli hücumu zamanı Sandu Ojoq az qala hesabı açacaqdı
Cihan Özkaranın uzaqdan zərbəsi qeyri-dəqiq olur
İsgəndərovun qapı qarşısına təhlükəli ötürməsi zamanı futbolçularımız inanılmaz qol şansından yararlana bilmirlər
Sandu Ojoq M.Seyidova qarşı kobudluğa görə oyunda sarı vərəqə alan ilk futbolçu olur
C.Özkara qapı qarşısına asma zamanı başla qapıya zərbə endirsə də, azacıq dəqiq olmur
C.İmamverdiyevin qüvvətli və təhlükəli zərbəsini rəqib qapıçı eyni gözəlliklə kornerə çıxarır
Tərlan Quliyev də kobud oyuna görə sarı vərəqə alır
Moldovalıların cərimə zərbəsi təhlükəli olsa da, dəqiq olmur
Amit Quluzadə də hakimlə mübahisəyə görə sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Millimizin heyətində Tural İsgəndərovu Orxan Həsənov əvəzləyir
Rəqib komandada Tudor Starçuku Georgi Nikoloqlo əvəzləyir
Mixail Paseçnyukun əvəzində isə meydana Dmitri Vorsinel çıxır
Mirhüseyn Seyidov dəqiq zərbə ilə hesabı açır - 1:0
Amit Quluzadə ikinci qolu vurmağa çox yaxın olsa da, rəqib qapıçı bu dəfə komandasını qoldan xilas edir
Georgi Nikoloqlo da sarı vərəqə alır
Moldovanın heyətində Sandu Ojoq Mihay Platika ilə əvəzlənir
Cihan Özkara qol vurmağa yaxın olsa da, onun qapıçını da keçən zərbəsi qapıdan azca yan keçir
C.Özkaranı Əli Göydəmir əvəzləyir
Araz Abdullayev də sarı vərəqə ilə cəzalanır
C.İmamverdiyevin zərbəsində azacıq dəqiqlik çatışmır
C.İmamverdiyev zədələndiyi üçün yerini Bahəddin Köşəyə verir
A.Abdullayevin əvəzində isə meydana Sergey Çernışev çıxır
M.Seyidov da komandamızın sarı vərəqə ilə cəzalanan oyunçularının sırasına düşür
A.Quluzadə Kamil Nurəhmədovla əvəzlənir
A.Popoviç də hakimlə mübahisə etdiyinə görə sarı vərəqə alır
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
