31 may 2011 12:54
Trabzonspor da ilk transfer bombasını partlatdı
Türkiyənin “Trabzonspor” klubu ilk transfer bombasını partladıb. Azerisport.az xəbər verir ki, son mövsümdə çempionluq mübarizəsini sona kimi davam etdirən və xalları “Fenerbahçe” ilə bərabər olmasına rəğmən, gümüş medallarla kifayətlənən Trabzon təmsilçisi artıq Çempionlar Liqasının hazırlıqlarına start verib.
Buna qədər heyətindəki önəmli futbolçulardan Egemen Korkmazı “Beşiktaş”a, Selçuk İnanı isə “Galatasaray”a satan “Trabzonspor”un öz transferi əcnəbi olub. Belə ki, Şenol Günəşin çalışdırdığı komanda İspaniyanın aparıcı klublarından olan “Sevilla”da forma geyən Didye Zokoranı rənglərinə bağlayıb.
Fildişi Sahilindən olan orta sahə oyunçusunun “Trabzonspor”la 4 illik sözləşmə imzaladığı bildirilir. Trabzonluların Zokoraya görə 5.5 milyon avrosundan keçdiyi bildirilir.
