1 iyun 2011 13:24

Mirhüseyn Seyidov: Bu, mənim üçün ikiqat xoş oldu

Azərbaycanın gənclərdən ibarət yığmasının kapitanı Mirhüseyn Seyidov dünən Lənkəranda keçirilən Moldova ilə yoldaşlıq görüşündən (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Moldova ilə oyunu necə dəyərləndirərdiz?
- Mövsümün sonu olmasına, yorğunluğa baxmayaraq, toplaşıb Moldova ilə yoldaşlıq görüşü keçirdik. Belə oyunlarda yorğunluq özünü elə də göstərmir. Hər şeyə rəğmən oyuna ciddi yanaşdıq və qələbə qazandıq. Çünki bu, bizə lazım idi. Xüsusilə də Rusiyaya böyükhesablı yenilgidən sonra buna ehtiyacımız var idi. Ümid edirəm ki, bir daha elə aqibətlə üzləşməyəcəyik.
 
- Bu, sizin kapitan kimi millidəki ilk oyununuz idi?
- Bəli. Adətən meydana komandanı Emin Mustafayev çıxarır. Onun yoxluğunda məşqçilər korpusu sarğını mənə vermişdi.
 
- Siz isə bunu qolla qeyd etdiniz...
- Bu, mənim üçün ikiqat xoş oldu. Fikrimcə, bəslənilən inamı doğrulda bildim.

- Artıq Avropa çempionatının startına çox az vaxt qalır. Komandamız hazırdımı?
- Hazırlıqlara artıq öz klublarımızda davam etməliyik. Fikrimcə, seçmə oyunlara kimi komanda daha yaxşı vəziyyətdə olacaq. Çünki  o vaxta kimi hələ Estoniya ilə də yoldaşlıq görüşü keçirəcəyik.
 
- Almaniya klublarından dəvət olunmuş yenilər necə təsir bağışladı?
- Düzünü deyim ki, Ufuk Budaqla Cihan Özkaranın çıxışı çox xoşuma gəldi. Sağ olsunlar ki, bizə kömək etməyə gəliblər. Fikrimcə, onlar gələcəkdə də komandaya fayda verə biləcəklər. İndi isə hələlik əsas millimizdən Qazaxıstanla oyunda uğurlu nəticə gözləyirik.
 
- Uğurlu nəticə deyərkən, siz konkret nəyi nəzərdə tutursuz?
- Əlbəttə ki, qələbə qazanmağımızı çox istərdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.