1 iyun 2011 13:30
Qazaxlar yığmamızın fanatları üçün 1 sektor ayırdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də, yerli vaxtla saat 19:00-da, Astana şəhərindəki “Astana Arena”da Qazaxıstan və Azərbaycan milli komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası tərəfindən Azərbaycan millisinin azarkeşləri üçün “Astana Arena”nın Cənub tribunasının 1-ci sektoru ayrılıb.
Millimizin azarkeşlərindən xahiş olunur ki, futbolçularımızı daha evvektiv dəstəkləmək üçün Qazaxıstan – Azərbaycan oyunu üçün biletləri məhz qeyd olunan sektora alsınlar.
