1 iyun 2011 00:58

Teleyayım: irəliyə, yoxsa geriyə gedirik?

Premyer Liqada ötən mövsümün yekunlarına nəzər salarkən təbii ki, teleyayıma da xüsusi toxunmaq lazım gəlir. Axı ilk dəfə məhz 2010/11 mövsümündə teleyayım hüququ klubların özlərində idi və bu, özünü müxtəlif formalarda göstərə bildi.
 
Hər şeydən öncə onu qeyd edək ki, məhz sözügedən hüququn klublarda olması səbəbindən ötən mövsüm azarkeşlər daha çeşidli oyunları izləmək fürsəti qazandı. Ən azı ona görə ki, bəzi bölgə klubları da müəyyən kanallarla müqavilə bağladığından, onların da ev oyunlarını daimi olaraq ekrandan izləmək imkanına malik idik.
 
Məsələn, bu mənada “Muğan” və “Qəbələ”ni qeyd etməyə dəyər. Salyan klubu “İdman Azərbaycan”la, Qəbələ təmsilçisi isə “Lider”lə anlaşmışdı ki, hər iki telekanal klublar qarşısındakı öhdəçiliyini tam yaxşı olmasa da, hər halda normal yerinə yetirə bildi. Təbii ki, bir mövsüm öncə “Muğan”ın yalnız Salyandakı yalnız böyük komandalarla oyunları canlı yayımlanırdısa, bu mövsüm bütün ev oyunları ekranlara gəlmiş oldu. Eləcə də, Qəbələdəki oyunlar olsun. Məhz bu kimi məqamları müsbət hal kimi vurğulamaq olar.
 
Paytaxt klublarının da əksərinin ev oyunları canlı yayımlanırdı. Məsələn, çempion “Neftçi”, “Bakı” və AZAL bu baxımdan elə də ciddi problemlə üzləşmirdi. Düzdü, hazırkı çempion öncə “Lider”lə anlaşsa da, sonradan yaranan problemlər səbəbindən “İdman Azərbaycan” və Az.TV-yə qucaq açmalı oldu. Lakin ən əsası bu klubun ev oyunlarını izləmək idi ki, onu da görə bildik. AZAL da mövsümün öncəsində bu problemi yoluna qoya bilmədiyindən əksər ev oyunları göstərilmədi. Amma mövsümün qalan dövrlərində “İdman Azərbaycan” müəyyən ixtisarlarla “təyyarəçilər”in oyunlarını izləmək istəyənləri də sevindirirdi.
 
“Bakı” isə elə öncədən dövlət televiziyası ilə anlaşdığından bu baxımdan heç bir problemi olmadı və azarkeşləri hər ev oyununu ekran başında da izləmək fürsəti qazandı. Elə “Qarabağ” da “İdman Azərbaycan” və Az.TV ilə anlaşmışdı ki, onların da bu baxımdan işləri qaydasında getdi. Ən azı ona görə ki, ağdamlılar son ev oyununu hətta Quzanlıda keçirməsinə rəğmən, tərəfdaşları həmin qarşılaşmanı canlı yayımlamaqdan imtina etmədi.
 
Lakin qalan klublarla bağlı müəyyən problemlərin yarandığının da şahidi olduq. Məsələn, köhnə çempionumuz “İnter” mövsümün əvvəlindən telekanllarla apardığı danışıqlarda istəyinə nail ola bilmədi və ev oyunları mövsümboyu yayımlanmadı. Düzdü, paytaxt klubu bu çatışmazlığı rəsmi saytı vasitəsilə təşkil olunan internet yayımı ilə aradan qaldırmağa çalışsa da, onun keyfiyyətindən heç danışmaq lazım deyil. Oxşar problemlə üzləşən daha bir böyük klubumuz “Xəzər Lənkəran” idi. Düzdü, cənub təmsilçisinin bəzi ev oyunları “İdman Azərbaycan”ın efirində görünürdü. Amma bu daimi deyildi və telekanal istəyəndə Lənkərandan canlı yayım təşkil edirdi, istəməyəndə tamaşaçılarını boynubükülü qoyurdu. Belə arabir ev oyunları yayımlanan daha bir klubumuz isə “Gəncə”ydi və bu klubun uzaqbaşı 1-2 görüşünü ekranda görmək imkanımız oldu.
 
“Turan”, eləcə də cari mövsümü birinci divizonda keçirmək məcburiyyətində qalan MOİK-lə “Simurq” isə digər elita təmsilçilərindən fərqli ev oyunlarından canlı yayın təşkil olunmayan klublar oldu. Əslində bu klubların ev oyunlarının ekrana gətirilməməsi normal qarşılansa da, hər halda arzu edərdik ki, telekanallarımız autsayderlərin də ən azı daha çox maraq doğuran prinsipial ev oyunlarına diqqəti artıracaq.
 
Bütövlükdə, son mövsümü teleyayımla bağlı pis saymaq olmaz. Ən azı ötən mövsümlərə görə. Çünki əvvəllər bu, sadəcə dövlət televiziyasının əlində idisə, indi “Lider” də bu işdə öz marağını gizlətmir. Amma problemlər də mövcuddu və yaxşı olardı ki, növbəti mövsümdə həmin çatışmazlıqları görməyək. Ən azı 8-10 klubumuzun bütün ev oyunlarının yayımlanması daha müsbət addım olardı. Bunun üçün isə növbəti mövsüm üçün tərəflərin daha dəqiq danışıqlar aparmasına, şərtləri daha da konkretləşdirməsinə, bu işə maraq göstərən kanalların sayının artmasına ehtiyac var. Elə indidən bu yöndə işlərə başlanılması da pis olmazdı. Vaxtilə Çempionlar Liqasının oyunlarını yayımlamış ANS, eyni zamanda futbol oyunlarından canlı yayımlar təşkil etmək imkanına malik olan İctimai Televiziya da işə qarışsa, güman ki, həm rəqabət artmış olar, həm də daha çox çeşid imkanı yaranar.
 
İstənilən halda Premyer Liqamızın, Azərbaycan kubokunun oyunlarının mümkün qədər daha çox ekranlarımıza gəlməsi məhz yerli telekanallarımızdan və klublarımızdan asılıdı. Vaxtilə bu yöndəki problemlərə görə ancaq AFFA-nı günahlandırsaq da, artıq indi vəziyyət tam fərqlidi. Azarkeşlər də yaxşı başa düşür ki, indi hər şey klublarla telekanallar arasındakı danışıqlardan asılıdı. Odu ki, azarkeşlərinin, futbolsevərlərinin qınaq obyektinə çevrilmək istəyən klubları da, kanallarımızı da bu yöndə daha fəal olmağa səsləyirik. Həm də unutmamalıyıq ki, Azərbaycan futbolunun inkişafında ən önəmli məqamlardan da biri məhz milli çempionatımızın oyunlarının canlı yayımıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.