1 iyun 2011 02:01
Millimiz Qazaxıstana qalib gəlib, Almaniyaya uduzacaq
İyunun 3-də səfərdə Qazaxıstanın qonağı olacaq komandamız həmin qarşılaşmada qələbə qazanıb, iyunun 7-də isə Almaniya ilə Bakıda keçiriləcək görüşdə məğlub olacaq. Azerisport.az xəbər verir ki, bu barədə qənaətə saytımızda keçirilən sorğuya qatılan oxucularımız gəlib.
Belə ki, “millimizin qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələ oyunlarından hansı nəticəni gözləyirsiz” sualı ilə müraciət etdiyimiz oxucularımızın əksəri məhz bu variantı seçib. Komandamızın Qazaxıstana qalib gəlib, Almaniyaya uduzacağına respondentlərin 29 faizi (234 səs) inanır.
Qazaxıstana qalib gəlib, Almaniya ilə heç-heçə edəcəyimizi düşünənlər isə 25 faiz (201 səs) təşkil edib. Astanadakı qarşılaşmada heç-heçə edib, Almaniyaya uduzacağımızı isə 16 faiz respondent (131 səs) real hesab edir.
Hər iki oyunda məğlub olacağımızla (14 faiz, 108 səs), hər iki oyunda qələbə qazanacağımızı düşünənlər də var (8 faiz, 65 səs). Qalan variantlar isə ən az təxmin olunanlardı.
