1 iyun 2011 14:18
Neftçi beynəlxalq turnirin qalibi oldu
“Neftçi” İSM futzal klubu Özbəkistanın Daşkənd şəhərində təşkil olunmuş “Ardus-2011” birinci beynəlxalq futzal turnirində iştirak edib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Norilski Nikel”, Özbəkistanın “Ardus” klublarının və Vyetnam millisinin mübarizə apardığı turnirin qalibi məhz Azərbaycan təmsilçisi olub.
Belə ki, futzalçılarımız keçirdiyi son iki oyunda qələbə qazanmaqla, turnirin qalibi adını qazanıb. “Norilski Nikel” ilə 4:4 hesablı heç-heçənin ardından paytaxt klubu Vyetnam millisini 8:2 hesabıyla məğlub edib. Meydan sahibi olan “Ardus” ilə qarşılaşmada isə minimal hesablı (1:0) qələbə “Neftçi” İSM-in vətənə kubokla dönməsinə şərait yaradıb.
