1 iyun 2011 15:02
UEFA hakimlərimizin ingilis dili biliyini yoxlayacaq
İyunun 2-dən 9-dək İsveçrənin Nyon şəhərində hakimlər üçün növbəti dəfə olaraq “UEFA Core” adlı seminarın ikinci mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, Portuqaliya, Kipr, Sloveniya, İslandiya, İsrail, Lüksemburq və Norveç kimi ölkələrin hakimlərinin iştirakı ilə keçiriləcək seminarda Azərbaycanı Əliyar Ağayev, Yaşar Abbasov və Coşqun Həsənov təmsil edəcəklər.
Seminarın keçirilməsində məqsəd hakimlərin son 6 ayda ingilis dili bilikərinin və fiziki hazırlıq səviyyəsinin nə dərəcədə yüksəlməsini yoxlamaqdı.
