1 iyun 2011 14:47
Kamran Ağayev millimizin oyununu buraxa bilər
Millimizin baş məşqçisi Berti Foqtsun ixtiyarında 3 qapıçı olduğu halda “Bakı”nın qapıçısı Aqil Məmmədovu da əsas komandamıza çağırmasının səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna yığmamızın əsas qapıçısı Kamran Ağayevin yüngül zədəsinin olması səbəb olub.
Məsələ burasındadı ki, millimizin “Xəzər Lənkəran”da çıxış edən 1 nömrəsi hazırda zədə problemini tam arxada qoymaqla məşğuldu və 20 faiz ehtimal var ki, o, Astanada keçiriləcək Qazaxıstanla AÇ-2012-nin seçmə mərhələ oyununda iştirak etməsin.
Maraq üçün xatırladaq ki, hazırda millimizdə Kamranla Aqildən əlavə daha iki qapıçı var ki, bunlar a Fərhad Vəliyevlə (Qarabağ) Andrey Popoviçdi (Abşeron). Millimiz isə iyunun 3-də səfərdə Qazaxıstanla, iyunun 7-də doğma meydanda Almaniya ilə qarşılaşmalıdı.
