1 iyun 2011 15:33
Kamran Ağayev: XL-la müqavilə bağlamamışam
Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev onun üçün avrokuboklarda hansı rəqiblə düşməyin elə də ciddi fərqinin olmadığını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Şəxsən mənim özümə Avropa Liqasında kiminlə qarşılaşmağın elə də ciddi fərqi yoxdu. Çünki hələ “Xəzər Lənkəran”la yeni müqavilə bağlamamışam. Buna görə də avrokuboklarla bağlı nəsə danışmağa gərək duymuram”.
