1 iyun 2011 16:20

Millimizin baş məşqçisi: İstədiyim oyunu görə bilmirəm

Azerisport.az sizi 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Raytın müsahibəsi ilə tanış edir.
 
- Əvvəlcə, istərdik milli komandamızın keçirdiyi oyunlarla bağlı fikirlərinizi bildirəsiniz...
- İlk oyunda turnirin ən güclü komandalarından biri olan SG “Leonberq”lə qarşılaşdıq. Qeyd edim ki, əvvəlki təlim-məşq toplanışı çərçivəsində bu komanda ilə görüşdə 2:0 hesabı ilə öndə olsaq da, sonda 2:4 hesablı məğlub olmuşduq. Bu oyun bizim üçün revanş xarakteri daşıyırdı. Demək olar ki, turnirdə ən gözəl oyunumuzu oynayıb 4:0 hesabı ilə qələbə qazandıq. İkinci oyunda “Nabburq” komandası ilə qarşılaşdıq. Bu komanda kifayət qədər güclü rəqib idi. İlk oyunda rəqibini 9:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Buna baxmayaraq, 1:0 hesabı ilə qalib gəlməyi bacardıq. Son oyunda isə JFG “Mittlere” komandası üzərində 2:0 hesablı qələbə qazandıq.
 
- Turnir haqda nə deyə bilərsiniz? Oyunlar necə keçdi?
- Bu turnirin uşaqların təcrübələrini artırmaq baxımından böyük əhəmiyyəti oldu. Hava şəraitinin isti olmasına baxmayaraq, komandamız layiqli mübarizə apardı. Eyni gündə yüksək səviyyəli oyun keçirib bir qədər istirahət etdikdən sonra yenidən oynamaq asan deyil. Gün ərzində 3 oyun keçirib turnirin qalibi olduq. Onu qeyd edim ki, məşqlərdə üzərində çalışdığımızı ilk oyunda tətbiq edə bildik. Ancaq eyni sözləri növbəti oyunlar haqda deyə bilmərəm. Təbii ki, bu da havanın isti olması və yorğunluqla bağlı idi. Ona görə də ikinci və üçüncü oyunlarda kombinasiyalı futbol nümayiş etdirə bilmədik.
 
- Şübhəsiz, bu cür turnirlərin əsas məqsədi komandadakı çatışmazlıqları görüb aradan qaldırılması istiqamətində işlər görməkdir. Nə kimi çatışmazlıqlar müşahidə etmisiniz?
- Məşqlərdə əsasən texniki çalışmalara üstünlük veririk. Hələ ki taktiki hazırlıq keçmirik. Demək olar ki, bir çox sahələrdə çatışmazlıqlarımız var. Misal üçün, topun qəbulu, düzgün ötürülməsi və s. Mən komandada bir nəfərin yox, hamının oyuna köklənməsini istəyirəm. Təbii ki, bunlar texniki çalışmalardır və üzərində işləyirik.
 
- Əldə olunan qələbələrin futbolçularda özünəinamın artırılması baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Düşünmürəm ki, bu amil futbolçularda arxayınçılığa səbəb olacaq. Çünki biz klublara qarşı oynayırıq. Ölkə səviyyəsində oyunlarda soyuqqanlı olmaq lazımdı. Çünki məhz bu cür görüşlərdə komandanın nəyə qadir olduğu özünü büruzə verir. Düşünürəm ki, turnirin qalibi olmağımız futbolçuların özlərinə olan inamını artırsa da, onlarda arxayınçılığa səbəb olmayacaq.
 
- Artıq milli komandanın öz oyununu tapdığını demək olarmı?
- Yeni yaranmış komandayıq. O vaxtdan indiyədək xeyli yol qət etmişik. Hələlik mən istəyən səviyyəyə çatmamışıq. Yəni istədiyim oyunu görə bilmirəm. Futbolçular ilk gündən fərqli olaraq, artıq düşünülmüş, ağıllı futbol oynamağa çalışırlar. Təbii ki, bu da müsbət haldır.
 
- Gələcəklə bağlı planlarınız necədir?
- Bayaq dediyim kimi, belə turnirlər futbolçuların təcrübəsini artırır. İyunun sonlarından yenidən beynəlxalq turnirdə iştirak edəcəyik. Gün ərzində 15-16 saat futbolla məşğul oluruq. İşimiz təkcə meydanda məşq keçmək deyil. Meydandan kənarda da futbolun sirlərini qızlara aşılayırıq. Yenə deyirəm, yaranan gündən bəri inanılmaz inkişaf etmişik. Qələbəni Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.