1 iyun 2011 16:52
Nistelrooyun yeni klubu müəyyənləşdi
Hollandiya yığmasının ən ünlü hücumçularından olmuş Ruud Van Nistelrooyun yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, son mövsümü Almaniya Bundesliqasında keçirən təcrübəli futbolçu İspaniya La Liqa klublarından “Malaga” tərəfindən transfer olunub.
34 yaşlı forvard son mövsüm şərəfini qoruduğu “Hamburg”la olan sözləşməsinin müddəti başa çatdığı üçün azad agentə çevrilmişdi. Növbəti mövsümdə iddialı klub olmağa hazırlaşan “Malaga” da məhz bundan istifadə edərək ilk transferi olaraq hollandiyalı ulduzu heyətinə qatmağa qərar verib.
Qeyd edək ki, hollandiyalı futbolçu “Hamburg”dan öncə “Den Bosch”, “Heerenveen”, PSV Eindhoven, “Manchester United” və “Real”da da top qovmuşdu.
