1 iyun 2011 17:20
Qarabağ 6 futbolçu ilə yollarını ayırdı
“Qarabağ” Futbol Klubu mövsüm başa çatar-çatmaz komandayla bağlı dəyişikliklərə başlayıb. Azerisport.az xəbər verir ki, artıq komandada bir sıra futbolçularla yeni müqavilə bağlanıb.
Eyni zamanda komandadan rəsmən ayrılan futbolçuların kimliyinə də aydınlıq gəlib. Ağdam klubu nəsildəyişmə prosesinə start verərək 6 futbolçuyla yollarını ayırıb. Belə ki, “Qarabağ”la müqaviləsinin müddəti başa çatan Sahil Kərimov, Rəşad Kərimov, Avtandil Hacıyev, Ayxan Abbasov və Devran Ayhanla müqavilələr yenilənməyib.
Eyni zamanda “Qarabağ”la 1 illik müqaviləsi olan Samir Abasov transferə çıxarılıb. “Qarabağ”da başqa ayrılıqlar də istisna edilmir.
“Qarabağ” FK yuxarıda adı keçən futbolçuların hər birinə verdiyi əməyə görə öz təşəkkürünü bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.
Maraq üçün sonda onu da xatırladaq ki, bu oyunçulardan öncə Elvin Məmmədov da "Bakı"ya keçmişdi. Aslan Kərimov isə artıq karyerasını başa vurduğu üçün komandayla vidalaşıb.
