1 iyun 2011 17:34
Almanlar Bakı səfəri öncəsi daha bir itki ilə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də Bakıda millimizin qonağı olacaq Almaniya yığmasında zədə epidemiyası davam edir. Azerisport.az xəbər verir ki, Bundestim iyunun 3-də keçiriləcək Avstriya, bundan 4 gün sonra baş tutacaq millimizlə oyunlar öncəsi daha bir futbolçusunu itirib.
Belə ki, "Stuttgart"ın müdafiəçisi Kristian Traş da qarşıdakı 2 matçı buraxmaq məcburiyəttində qalıb. Buna səbəb kimi isə futbolçunun sol topuğundan ciddi zədə alması göstərilir.
Qeyd edək ki, Almaniya yığmasında “Stuttgartın arxa xətt oyunçusundan öncə Sven Bender, Bastian Şvaynştayger, Miroslav Kloze və Marko Roys da iyunun 7-də millimizə qarşı oyunda forma geyinə bilməyəcəklər. Bunlardan əlavə Sami Xediranın da qarşıdakı görüşlərdə iştirakı sual altındadı.
