1 iyun 2011 18:29
Əsgər Abdullayev millimizin şanslarını dəyərləndirdi
Futbol üzrə milli komandamızın sabiq çalışdırıcısı, “Turan” baş məşqçisi Əsgər Abdullayev AÇ-2012-nin seçmə mərhələsinin iyunun 3-də keçiriləcək Qazaxıstanla səfər, bundan 4 gün sonra baş tutacaq Almaniya ilə vacib oyunlar öncəsi yığmamızın şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bilirsiz, hər bir komandaya qarşı oynamaq mümkündü. Əlbəttə, Almaniya ilə oyundan nəticə tələb etməyə dəymir. Bu komanda dünyanın ən aparıcı yığmalarındandı. Amma Qazaxıstan elə rəqibdi ki, mütləq qələbə üçün oynamalıyıq. Həmçinin onu da qeyd etmək lazımdı ki, Qazaxıstan yığması da tamamilə dəyişilib. Onları elə-belə yenmək asan olmayacaq. Mümkündü ki, biz hətta heç-heçəyə razılaşaq. Amma çox istərdim ki, yığma vətənə qələbə dönsün. Axı bu qələbəyə çox ehtiyacımız var”.