1 iyun 2011 11:29
Ufuk Budaq: Azərbaycanın əsas millisinə qədər yüksəlmək istəyirəm
Almaniyanın “Frayburq” klubunun və Azərbaycanın gənclərdən ibarət millisinin müdafiəçisi Ufuk Budaq Moldova ilə yoldaşlıq matçından sonra (1:0) azerisport.az saytının suallarını cavablayıb.
- Öncə Azərbaycan yığmasında debüt matçınız necə alındığını öyrənmək istərdik...
- Sizin menecer mənimlə əlaqə yaratdı. O, ilk növbədə məndə azərbaycanlı qanının olub-olmadığını soruşdu.
- Maraqlıdı, bu, sizdə var?
- Əlbəttə,var. Başqa cür olsaydı, indi burda olmazdım. Mənim babam məhz bu bölgədəndi.
- Əlbəttə,var. Başqa cür olsaydı, indi burda olmazdım. Mənim babam məhz bu bölgədəndi.
- Bir qədər də dəqiq bilmək olar?
- Bunu artıq dəqiq deyə bilmərəm. Çünki elə də yaxşı xatırlamıram (gülür).
- Nəzərə alsaq ki, Almaniyada yaşayırsız, sizin üç seçim imkanınız var idi: Almaniya, Türkiyə və Azərbaycan. Sizin məhz bizim yığmanı seçməyinizə nə səbəb oldu?
- İlk təklif Azərbaycan millisindən gəldiyi üçün imtina etmədim. Mən artıq burdayamsa, deməli, seçimimi də etmişəm. Buna görə də təəssüflənmirəm.
- İlk təklif Azərbaycan millisindən gəldiyi üçün imtina etmədim. Mən artıq burdayamsa, deməli, seçimimi də etmişəm. Buna görə də təəssüflənmirəm.
- Millimizdəki debüt matçınızı necə dəyərləndirərdiz?
- Xoşuma gəldi. Hər şey gözəl idi. Stadionda da yaxşı atmosfer var idi. Ümid edirəm ki, bu hal gələcəkdə də davam edəcək. Komandada da məni yaxşı qəbul etdilər.
- Xoşuma gəldi. Hər şey gözəl idi. Stadionda da yaxşı atmosfer var idi. Ümid edirəm ki, bu hal gələcəkdə də davam edəcək. Komandada da məni yaxşı qəbul etdilər.
- Baş məşqçi Bernard Lippert yenilər arasında məhz sizin çıxışınızı xüsusi vurğuladı. Həm də siz 90 dəqiqə meydanda olan yeganə debütant oldunuz...
- Bu, məni ancaq sevindirə bilər. Deməli, məni əbəs yerə seçmədiklərini isbatlaya bilmişəm. Amma bu, hələ başlanğıcdı. Əsas milli komandaya qədər yüksəlmək istəyirəm.
- Yeri gəlmişkən, sizə yəqin ki, baş məşqçiylə dil tapmaq çətin olmayacaq. Hər halda almaniyalı mütəxəssislərlə elə onların dilində danışa biləcsiz...
- Əlbəttə, komandada tərcüməçilər də var. Amma mənim onlara ehtiyacım olmayacaq. Bu da mənim üçün bir müsbət cəhətdi. Hər şeydən önəmlisi isə oyundu. Artıq bu il seçmə mərhələnin oyunları başlayır. Mən qarşıdakı oyunlarda da komandaya kömək etmək istəyirəm. Görək necə alınacaq?