1 iyun 2011 12:14
Smakov: Azərbaycan yığmasından qətiyyən zəif deyilik
İyunun 3-də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Qazaxıstan yığması komandamızla qarşılaşma öncəsi ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komandanın vitse-kapitanı Samat Smakov sözügedən ölkə mətbuatına açıqlamasında da qeyd edib ki, onlar elə ilk məşqdən etibarən bütün diqqətləri taktiki hazırlıqlara yönəldiblər:
“Hamıya məlum olduğu kimi, bu qarşılaşma bizim üçün vacib əhəmiyyət kəsb edir. Heyətdəki itkilərimizə rəğmən, ancaq qələbəyə köklənmişik. Sabah Astanaya yola düşəcəyik və orda artıq rəqibi öyrənmək üçün də işlərə start veriləcək. Biz hazırda daha çox taktika üzərində çalışırıq. Eyni zamanda rəqibin də zəif və güclü tərəflərini öyrənməyə çalışırıq. Azərbaycanlılar müdafiə olunmağı sevmirlər və əsasən hücumlar təşkil edirlər. Biz də bütün bu nüansları öyrənməyə çalışırıq. Əminliklə deyə bilərəm ki, onlardan qətiyyən zəif deyilik”.